Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

A- A A+

Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Xarici İşlər Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: