MN: Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır

A- A A+

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: