Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq”

A- A A+

"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.

“Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir".

Ərdoğan həmçinin bildirib ki, terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: