Türkiyənin Bursa şəhərində “Şuşa Günləri” keçiriləcək

A- A A+

Bu ilin 8-9 dekabrında “Türk Dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində “Şuşa Günləri” keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, proqramda dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın İncisi Şuşa” foto sərgisinin nümayişi olacaq. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər göstəriləcək.

Qeyd edək ki, Deqati sərgisinin açılışı üçün Bursadadır və tədbir zamanı, eyni zamanda əyani konfrans keçirəcək və Şuşanın keçmişindən, indiki təcrübələrindən və gələcəyi ilə bağlı arzularından danışacaq.

2023-cü ilin “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilən Şuşa şəhəri tarixən Azərbaycanın mədəni-mənəvi, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Fondun təşəbbüsü ilə Bursada “Şuşa Günləri”nin təşkil olunması, “Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun bir şəhərdən digərinə ötürülməsi üzrə yeni bir ənənənin əsasının qoyulması məqsədini daşımaqdadır.

“Şuşa Günləri”nin rəsmi hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, Bursa Böyükşəhər Bələdiyəsinin Başçısı Alinur Aktaşın, Azərbaycan və Türkiyə rəsmilərinin, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərlərinin iştirakı və çıxışları nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: