ANAMA: Ötən həftə 47 partlamamış hərbi sursat zərərsizləşdirilib

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, dekabrın 5-dən 10-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 3 mina və 47 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 271 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: