Moldova KİV-ləri Ümummilli Liderin vəfatının 19-cu ildönümündən yazıb

A- A A+

Moldovanın aparıcı KİV-ləri Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moldovanın “Rupor”, “Dosar Media”, “Timpul”, “TV8”, “JurnalTV”, “Realitatea” və digər xəbər portallarında dərc edilən məqalələrdə Ulu Öndərin dünya siyasətinə verdiyi töhfənin əhəmiyyəti, Heydər Əliyevin uğurlu siyasətinin bu gün də Azərbaycanda davam etdiyi vurğulanıb. Bildirilib ki, ümummilli Lider Heydər Əliyevin vəfatından ötən 19 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.

Məqalələrdə həmçinin gələn il ulu öndərin anadan olmasının 100 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: