Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün razılaşdırılması üzrə iş aparılır

A- A A+

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşünün razılaşdırılması üzrə iş aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml təmsilçisi hesab edir ki, liderlər MDB ölkələrinin dövlət başçılarının qeyri-formal zirvə görüşü çərçivəsində danışıqlar apara bilərlər.

D.Peskov deyib: “Bildiyiniz kimi, MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü planlaşdırılıb. Orada üç lider danışıqlar aparmaq fürsəti əldə edə biləcəklər. Davamının necə olacağına gəlincə, iş aparılır”.

Bununla yanaşı, Kreml təmsilçisi tamformatlı üçtərəfli görüşün mümkünlüyündən danışarkən vurğulayıb ki, bu barədə hələ konkret razılaşmalar yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: