Azərbaycan XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır

A- A A+

Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə 8 vətəndaşımızın Kəlbəcərdə minaya düşməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Paylaşımda qeyd edilib ki, Ermənistanın yerləşdirdiyi minanın bu gün partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb. Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb.

“2020-ci ildə müharibə başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”, - deyə nazirliyin paylaşımında bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: