Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, həmçinin enerji təhlükəsizliyi və regional məsələlər ətrafında müzakirələr aparıblar.