Mina partlayışı nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Erməni işğalından azad edilən Kəlbəcərin Çıraq kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov torpağa tapşırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Zöhrab Hümbətovun nəşi Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: