Rusiya sülhməramlılarına məxsus üç təminat avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib - FOTOLAR
Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha üç təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu bir daha onu göstərir ki, aksiya humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.