Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Ukrayna KİV-in diqqət mərkəzində olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Ekonomiçeskaya Pravda”, “UNN” və digər informasiya agentliklərində, xəbər portallarında dərc olunan məqalələrdə Sazişin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Sazişə əsasən, Azərbaycanın yaşıl enerjisi Qara dənizin dibi ilə sualtı elektrik kabeli vasitəsilə Avropaya nəql olunacaq. Rumıniya, Gürcüstan, Azərbaycan və Macarıstanın iştirakı ilə Qara dənizdə sualtı enerji kabelinin yaradılması layihəsi bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək.
Məqalələrdə layihənin üstünlükləri barədə geniş məlumat verilib.