Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

A- A A+

Rəsmi Ankara Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Türkiyə-Fransa münasibətləri ilə əlaqədar keçirilən paneldə çıxış edərkən deyib.

“Bunu bütün açıqlığı ilə ifadə etmək istəyirəm ki, Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan torpağıdır. Qarabağ probleminin yeni bir münaqişəyə çevrilməməsi hər kəsin xeyrinədir, region ölkələri daxil, qlobal sülh üçün vacibdir”, - o, vurğulayıb.

F.Altun bildirib ki, bu məsələdə rol oynayan bütün ölkələrin Azərbaycanın Qarabağ zəfərini qəbul etməsi və siyasətini dəstəkləməsi faktı vacib amildir:

“Fransadan da bu məsələdə Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: