"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.
Qeyd edək ki, daha əvvəl Ermənistan XİN-dən bildirilmişdi ki, 120.000 nəfərdən ibarət bütün əhali Azərbaycanın blokadası səbəbindən humanitar böhranla üz-üzədir.