“Bugünkü görüşdə Cənubi Qafqazdakı durum barədə danışdıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda ikitərəfli və regional əlaqələr müzakirə olunub: “Ölkələrimiz arasında strateji əlaqələrin bundan sonra da davam etməsi hər birimiz üçün əhəmiyyətlidir. Əməkdaşlığımızın səviyyəsi hər kəs üçün nümunədir”.
H.Akar deyib ki, Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır: “Ermənistandan konstruktiv addımlar gözləyirik".