Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvər mövqedən çıxış edirlər

A- A A+

Xankəndi-Laçın yolunda təşkil edilən dinc aksiyanın on birinci günü etirazçılar gecə saatlarında plakat qaldırıblar.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, plakatlarda rus və ingilis dillərində “Ekoterrora son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekocinayətə son” şüarları səsləndirilib.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.

Aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: