Laçın-Xankəndi yolunda havaya üzərində “Stop ecocide” yazılan şar buraxılıb - FOTOLAR
Xankəndi-Laçın yolunda təşkil edilən aksiyanın on birinci günü axşam saatlarında da dinc şəraitdə davam edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu dəfə etirazçılar plakatlarla yanaşı, üstündə “Stop ecocide” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir” şüarları səsləndirilib.
Etirazçılar qeyd ediblər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.
Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar.