Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 23-də Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.