Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişikliklər təklif edilir

A- A A+

Parlament Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ parlamentin dekabrın 23-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da dövlət qulluğunun inkişafı istiqamətləri sırasında Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin gücləndirilməli olduğu qeyd olunub. Adıçəkilən Strategiyanın icrası üzrə Fəaliyyət Planının "Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi" bölməsində Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi hədəfi müəyyən edilib. Yuxarıda qeyd olunanlara uyğun olaraq, Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin gücləndirilməsi məqsədilə qanun layihəsi hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: