BQXK-ya aid üç avtomobilin aksiya keçirilən Laçın-Xankəndi yolundan maneəsiz hərəkəti təmin olunub

A- A A+

Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən aksiya artıq 13-cü gündür davam edir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobilin aksiyanın keçirildiyi ərazidən Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin olunub. Onları Rusiya sülhməramlılarına məxsus üç avtomobil müşayiət edib.

Xatırladaq ki, dekabrın 12-dən həmin ərazidə azərbaycanlı fəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: