Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil edilən aksiya on dörd gündür davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Xankəndi istiqamətinə sərbəst keçib.
Xatırladaq ki, səhər saatlarında BQXK-ya məxsus avtomobillərin Laçın istiqamətinə keçidi təmin edilmişdi.