Xankəndi-Laçın yolundakı aksiya davam edir - FOTOLAR

A- A A+

Laçın-Xankəndi yolunda 15 gündür iradə nümayiş etdirən etiraz aksiyasının iştirakçıları tələbələrini lazımi ünvanlara çatdırmağı bacarıblar. Onların səsləri artıq bütün dünyada eşidilir. Son vaxtlar dünyanın müxtəlif ölkələrindən aksiya iştirakçılarına ünvanlanan dəstək bəyanatları bunu deməyə əsas verir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hava şəraitinin dəyişkən olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Yeni gələn könüllülər də aksiyaya qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olması barədə yüksək səslə şüarlar səsləndirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: