Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkəti təmin olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində azərbaycanlı QHT nümayəndələrinin, ekofəalların və könüllülərin keçirdikləri dinc aksiya hərəkətə heç bir maneə törətməyib. Bu, bir daha yolun açıq olduğunu və humanitar məqsədlər üçün istifadə edildiyini göstərir.