XİN: Rusiyanın Qarabağın statusu məsələsinin gələcək illərə qalması təklifinin qəbuledilməz olduğunu bildirmişik
“Sirr deyil ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, hər bir tərəf təklif verə bilər: “Biz öz gündəliyimizə, təkliflərimizə əsaslanmalıyıq. Biz ilk gündən bu təklifin qəbuledilməz olduğunu bildirmişik. Biz baza prinsipləri üzrə danışıqlar aparırıq. Azərbaycan yalnız öz milli maraqları çərçivəsində addım atır”.