Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək
Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, ikitərəfli məsləhətləşmələrdə iştirak etmək üçün Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycana səfərə gəlib.