Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren ərazisidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirərkən yazıb.
Səfir özünün tviter hesbaında bununla bağlı etdiyi paylaşımda həmçinin yazıb: “Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar. “Universal dəyərlər, mənəvi borc və şərəf sizdən Azərbaycanın sülh səylərini dəstəkləməyi tələb edir”.