Süleyman Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib - SƏRƏNCAM

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Süleyman Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin".

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bundan əvvəl Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: