“Bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin”. Hörmətli prezidentimizin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikir tarixi həqiqətin tam özüdür və bunu heç kim inkar edə bilməz..
Qədim Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi layihəsi hələ 1827-ci ildə hazırlanmışdı. XX əsrin əvvəllərində müstəmləkəçi məqsədlərinin həyata keçirilməsi üçün ermənilərin Azərbaycana köçürülməsi ilə Rusiya hökuməti tarix boyu dövlətçiliyi olmayan bir millətə tarixi Azərbaycan torpaqlarında erməni dövlətçiliyini yaratmaq imkanı verdi. Beləliklə, 1918-ci ilin may ayında qədim Azərbaycan ərazisində Erməni daşnak dövləti, 1920-ci il noyabrın 29-da isə bolşeviklərin zor-gücü ilə “Ermənistan SSR” yaradıldı. Heç bir zaman dövlətçiliyi olmayan, indi isə erməni reallıqlarına deyil, yalnız erməni iddialarına əsaslanaraq hayların dövlət yaratmağa çalışması nəticəsində havadarlarının müstəqil Ermənistan yaratmaq qərarı qəribə də olsa həyata keçdi.
Qafqazda – Azərbaycan xanlıqlarının ərazisində uydurma “qədim erməni tarixini” yazmağa başladılar. Məhz bu dövrdə ermənilərin “Qafqazın qədim yerli əhalisi” olması barədə tarixi konsepsiya uyduruldu və bunun ardınca Azərbaycan torpaqlarındakı müsəlman tarixi abidələrinin kütləvi şəkildə məhvinə başlanıldı.
Yaradıldığı gündən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan havadarlarının köməyi ilə ərazilərini xeyli genişləndirdi. Erməni daşnakları Azərbaycan torpaqlarının hesabına ərazilərini 1920-ci ildə 29,8 min kvadrat km-ə çatdırdı. Torpaq iştahası, müntəzəm qamarlama hərisliyi ermənilərin gözlərini elə örtmüşdü ki, daşnaklar tarixin hər bir anından bu məkrli siyasəti həyata keçirmək üçün çox hiyləgərliklə istifadə edirdilər. Belə ki, 1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngəzur qəzası Ermənistana verildi. Bununla yanaşı, 1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsi də Ermənistana bağışlandı və burada Dilican qəzası yaradıldı. 1929-cu ildə Naxçıvan MSSR-in on bir yaşayış məntəqəsini əhatə edən 657 kv. km ərazi Ermənistan SSR-yə verildi. Yenə həmin ildə Zəngilan rayonunun üç kəndi Ermənistana “bağışlandı” və burada Mehri rayonu təşkil olundu, nəticədə Naxçıvanı Azərbaycandan ayıran coğrafi ərazi yarandı.
Qədim Azərbaycan torpaqlarında dövlətlərini yaradan ermənilər bu ərazilərin köklü sakinləri və sahibləri olan azərbaycanlıları öz tarixi ərazilərindən çıxararaq, onları 1918-1920,1948-1953 və 1988-1993-cü illərdə deportasiya ediblər.
Sonrakı illərdə də, ermənilərin torpaq iddiaları davam edib və rus havadarlarının yardımı ilə Azərbaycan ərazisinə hərbi müdaxilə edərək torpaqlarımızın 20 faizini işğal ediblər. Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışa bilməzdi və 30 illik həsrətə son qoyaraq, 44 günlük Vətən müharibəsində düşmən diz çökdürülərək təslim olmağa məcbur edildi. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən ölkə başçımız cənab İlham Əliyev “Müzəffər Xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən ediləbiləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik”, - deyə bildirib.
Əslində Ermənistanın Azərbaycanla yanaşı eyni zamanda Türkiyə və Gürcüstana qarşı ərazi iddialı təcavüzkar siyasəti bu ölkəni regiondakı bütün müsbət proseslərdən və layihələrdən də kənarda saxladı.
Bu gün Qədim Azərbaycan torpaqlarında yaşayan ermənilər bizim torpaqlarda “müvəqqəti qonaq”lar olduqlarını bilir və artıq qırmızı xətti keçdiklərini çox gözəl başa düşürlər. Buna görə də işğalçı dövlətin rəhbərliyi mövcud reallığı dərk edərək öz siyasətlərində dəyişiklik etməsələr, xəstə ideyaları olan “Böyük Ermənistan” sayıqlamaları və saxta erməni soyqırımı nağılından əl çəkməsələr gələcəkdə böyük bir faciə ilə qarşılaşmaları qaçılmazdır.
Ermənilərin işğalçı və təcavüzkar siyasəti onların həyat tərzi və tarixi xəstəlikləridir. Türk düşmənçiliyi isə nəsildən-nəsilə ötürülən mirasdır. Onlarda “azadlıq fədaisi” hesab olunan Nalbandyan erməni gənclərinə vəsiyyətində yazır: “Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsənsə, eybi yoxdur, ilandır… Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqının düşmənisən, sən erməni deyilsən”.
Bəli, belə yerdə isə alman filosofu Fridrix Engelsin yazdıqları yada düşür: “Bəşəriyyətə ilk əxlaqsızlığı yayan ermənilərdir”. Və əlbəttə ki, belə əqidənin və əməlin sahibi olan xalqın şovinist nümayəndələrindən nə cür mənfur iş desən, gözləmək olar…
Əlövsət Hüseynquliyev
AŞPA-nın üzvü statusuna malik olan
Beynəlxalq Antiterror Birliyi prezidentinin müşaviri