2022-ci il ərzində xarici dövlətlərlə ikitərəfli münasibətlərin daha da inkişafı istiqamətində əməli tədbirlər görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib. Bu istiqamətdə həm Azərbaycanda, həm də aidiyyəti ölkələrdə müxtəlif tədbirlər keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.
Xarici İşlər Nazirliyində 19 ölkə ilə diplomatik əlaqələrin 30 illiyinə, 1 ölkə ilə isə diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş tədbirlər, foto və sənədlərin sərgiləri təşkil edilib. Ümumilikdə 69 ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi, 2 ölkə ilə isə 25 illiyi qeyd olunub. Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan üçün qonşuları ilə münasibətləri prioritet olaraq qalıb.