Dekabrın 30-da aksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya keçirilən ərazidən keçidi təmin olunub.
Qeyd edək ki, bu, humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.