Laçın-Xankəndi yolunda aksiya iştirakçıları üçün şam ağacı quraşdırılıb - FOTOLAR
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 19 gündür davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yeni il münasibətilə aksiya keçirilən ərazidə şam ağacı quraşdırılıb.
Bu, bir daha onu göstərir ki, etirazçılar mövqelərində qətidirlər və onlar öz tələblərinin yerinə yetirilməsi üçün bayramı da aksiya yerində keçirməyə hazırdırlar.