BQXK-nın avtomobillərinin Laçından Xankəndiyə geri dönməsinə şərait yaradılıb

A- A A+

Dekabrın 30-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya ərazisindən sərbəst keçib.

Qeyd edək ki, bu gün səhər saatlarında Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus üç avtomobilin aksiya keçirilən ərazidən maneəsiz hərəkəti təmin olunmuşdu.

Bu, humanitar məqsədlə istifadə edilən avtomobillərin Laçın-Xankəndi yolunda hərəkəti üçün heç bir maneənin olmamasının daha bir sübutudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: