ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycanı Yeni il münasibətilə təbrik edib

A- A A+

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbrik ABŞ-ın Azərbaycandakı səfirliyinin tviter səhifəsində paylaşılıb.

"ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevaranın Azərbaycan xalqına Yeni il təbrikini sizinlə bölüşürük! Sizə xoşbəxt və firavan Yeni il arzu edir və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.

Videomüraciətində diplomat 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənəcəyinə ümidvar olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: