Rusiya sülhməramlılarına məxsus daha üç avtomobilin keçidinə şərait yaradılıb

A- A A+

Şuşadan keçən Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus daha üç avtomobilin hərəkətinə şərait yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 təminat və 2 minik avtomobilinin etiraz aksiyasının keçirildiyi ərazidən maneəsiz hərəkət etməsi təmin olunub. Təminat avtomobili Laçından Xankəndi istiqamətinə, minik avtomobilləri isə Xankəndidən Laçına tərəf hərəkət edib. Bu, etiraz aksiyasının keçirilməsinə baxmayaraq, yolun humanitar məqsədlər üçün açıq olduğunu bir daha göstərir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolundakı etiraz aksiyası 22 gündür davam edir. Azərbaycanlı ekofəallar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: