Sülhməramlıların nəqliyyat vasitələrinin Laçın yolundan maneəsiz keçidi danılmaz faktdır

A- A A+

Etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yarandığı iddiaları eyni dərəcədə əsassızdır. Gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələrinin, tibbi avtomobillərin yoldan maneəsiz keçidi danılmaz bir faktdır. Həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırlıq, həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bəyan olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlarla əlaqədar yanvarın 3-də verdiyi növbəti bəyanata dair Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin şərhində qeyd edilib.

Azərbaycan tərəfinin yolun açıq olduğu və üçtərəfli Bəyanatla təyinatı üzrə istifadə edilə biləcəyi barədə erməni sakinlərə çağırışlarına baxmayaraq, özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların əhalini yoldan istifadədən çəkindirməsi faktları bir daha sübut edir ki, məhz belə şəxslər etirazlar barədə yanlış təəssürat yaratmaqla öz qeyri-qanuni və çirkin əməllərini davam etdirmək məqsədi güdürlər”, - deyə şərhdə bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: