Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk olunmuş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12 min 800 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.