Laçın-Xankəndi yolundakı aksiyada tələblər dəyişməyib

A- A A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı dinc etiraz aksiyası 25 gündür davam edir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində ingilis və rus dillərində tələblər yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının yüksək əhvali-ruhiyyədə olduqları görünür. Onların tələbləri isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoymaq, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdəki faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə vermək.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: