MN: "Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır"

A- A A+

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: