Hulusi Akar Nargin adasında saxlanılan əsgərlərə yardımla əlaqədar Azərbaycan xalqına təşəkkür edib

A- A A+

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hulusi Akar Sarıkamış Hərəkatının 108-ci ildönümü münasibətilə şəhidləri rəhmət və minnətlə andıqlarını vurğulayıb.

Türkiyənin milli müdafiə naziri qeyd edib ki, əsgərlərin ağır qış şərtlərində Sarıkamışda şəhidlik mərtəbəsinə yüksəlməsi yaddaşlarda dərin izlər buraxıb, cəsarətləri və fədakarlıqları daim hörmət və minnətlə anılacaq: “Sarıkamış şəhidlərimizi yad etdiyimiz bu günlərdə Nargin adasında çətin şəraitdə saxlanılan əsgərlərimizə etdikləri yardımlarla "bir millət, iki dövlət" örnəyini sərgiləyən qardaş Azərbaycan xalqını minnət və ehtiramla anırıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: