Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

A- A A+

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc aksiya gecə saatlarında da böyük coşqu ilə davam edir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, aksiya fəalları plakatlar qaldırıb ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.
Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları bəyan edirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 29 gündür davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: