Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək

A- A A+

Türkiyənin Antalya şəhərində təşkil olunan Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasına hazırlıq işlər başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edəcək.

Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Yanvarın 8-də APA-nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin və qurumun İcraiyyə Şurasının iclasları keçirilib.

Hər iki iclasda Azərbaycan parlamentini Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: