Laçın-Xankəndi yolu: Səhər saatlarında BQXK-ya məxsus iki avtomobil aksiya ərazisindən sərbəst keçib
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin olunub.
Hazırda bu beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edirlər.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 30 gündür davam edir.