Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi və işsizlikdən sığorta fondunun 2023-cü il büdcə layihəsi müzakirə olunub.

Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: