AŞPA-nın qış sessiyası yanvarın 23-də başlayacaq

A- A A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 2023-cü il yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AŞPA-nın Mətbuat xidməti məlumat yayıb.

Sessiyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin hüquqi və insan haqları baxımından aspektləri, silahlı münaqişələrin ətraf mühitə təsiri, həmçinin etik, mədəni və təhsil məsələləri müzakirə ediləcək.

Təşkilatın qış sessiyasında AŞPA-nın prezident və vitse-prezident seçkiləri keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: