Azərbaycan Prezidentinin Əbu-Dabidəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber” telekanalı və digər media qurumları Türkiyə ictimaiyyətini mövzu ətrafında geniş məlumatlandırıblar.

İnformasiyalarda diqqətə çatdırılır ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı istiqamətləri, o cümlədən təbii qaz istehsalı və ixracatı barədə iştirakçılara müfəssəl məlumat verib. Azərbaycan Prezidenti bildirib ki, ölkəsi ümumilikdə 200 qiqavata yaxın külək enerjisi istehsal etmək imkanlarına malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: