Sülhməramlıların daha 6 avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

A- A A+

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz hərəkət edirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: