Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.