Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus üç minik avtomobilinin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.