Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.
Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.