Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

A- A A+

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 43-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 11 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər 18 avtomobilin, həmçinin BQXK-ya məxsus 5 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: